Qətərdə təşkil olunan dünya çempionatında Xorvatiya və Mərakeş yığmaları arasında keçiriləcək üçüncü yer uğrunda oyunun hakimləri açıqlanıb.
Aut.Az xəbər verir ki, bu qarşılaşmanı qətərli FİFA referisi Əbdülrəhman Əp-Jassim idarə edəcək.
Ona həmyerliləri Taleb Əl-Marri və Saud Əl-Maqaleh yan xətt hakimləri qismində kömək edəcəklər. Dördüncü hakim funksiyasını Braziliyadan olan Rafael Klaus yerinə yetirəcək.
Xatırladaq ki, dekabrın 17-də baş tutacaq Xorvatiya – Mərakeş matçına Bakı vaxtı ilə saat 19:00-da start veriləcək.