AUT.AZ

Benzema Argentinaya qarşı oynayacaq?

Kərim Benzema DÇ-2022-nin finalında iştirak edə bilər.

Aut.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. Madrid klubu futbolçunun Qətərə getməsinə icazə verib. Qərar Benzemanın özündən və baş məşqçi Didye Deşamdan asılıdır. Benzema Argentina ilə görüşün iştirak ərizəsinə daxil edilərsə, Kərimin komanda ilə birlikdə medal almaq imkanı olacaq.

Deşam Mərakeşlə matçdan sonra Benzemanın finalda mümkün iştirakı ilə bağlı sualı cavablandırmaqdan imtina edib.

Qeyd edək ki, Benzema DÇ-2022-nin başlamasına bir neçə gün qalmış zədələnərək turnirdə iştirak edə bilməyib. Didye Deşam onun yerinə futbolçu çağırmadığı üçün hücumçu Fransa millisinin ərizəsində qalır.

Exit mobile version