AUT.AZ

ABŞ irqçi ölkədir – Məşhur ingilis

İngiltərə yığmasının sabiq futbolçusu Qari Lineker Qətər və ABŞ-dakı problemləri müqayisə edib.

Aut.az xəbər verir ki, BBC-in aparıcısı insan haqları ilə bağlı durum və turnirin infrastrukturunu quran miqrant işçilərin vəziyyətinə görə dünya çempionatının Qətərə verilməsi qərarını tənqid edib.

Lineker dünya çempionatını işıqlandırmaq üçün Qətərə gedib. DÇ-2022-in baş katibi Hassan Al-Tavadi BBC və Linekeri açılış matçındakı fəaliyyətlərinə və “balanslı baxış bucağının” olmamasına görə tənqid edib.

Lineker, ölkədən asılı olmayaraq sosial məsələlərin hər zaman işıqlandırılmasının lazım olduğunu vurğulayıb:

“Qətərdə xeyli insan stadion tikərkən öldü. Bəli, stadionlar fövqəladədir, indiyə qədər gördüyüm ən gözəldir, lakin onlar çox böyük qiymətə başa gəlib. Bu ölkədə homofobiya problemdir və qadınların hüquqları ilə bağlı problemlər var.

Mənim üçün ən əsas problem həmişə korrupsiya ilə bağlı olub. Ümumiyyətlə, bayaq dediyim kimi, mənə elə gəlir ki, hər bir ölkədə, o cümlədən bizim ölkədə də problemlər var.

Dörd ildən sonra biz ABŞ, Kanada və Meksikaya gedəcəyik. Amma açıq-aydın deyirəm ki, ABŞ son dərəcə irqçi ölkədir. Ona görə də orada həmişə problemlər olur”.

Aut.az

Exit mobile version