AUT.AZ

Ten Haq onu da uzaqlaşdırdı

“Mançester Yunayted” klubunun baş məşqçisi Erik ten Haq daha bir futbolçu ilə bağlı sərt qərar verib.

Aut.az xəbər verir ki, söhbət yarımmüdafiəçi Ceydon Sançodan gedir. O, əsas komandadan kənarlaşdırılıb. “Evening News”-un yaydığı məlumata görə, 52 yaşlı mütəxəssis ingiltərəli yarımmüdafiəçinin fiziki cəhətdən zəif olduğunu düşündüyü üçün bu addımı atıb. Ten Haq 22 yaşlı oyunçuya fərdi məşq proqramı və özünü toparlaması üçün vaxt verib.

Qeyd edək ki, Ceydon Sanço 2021-ci ilin yayında 85 milyon avro qarşılığında Almaniyanın Dortmund “Borussiya”sından “Mançester Yunayted”ə transfer olunub. Vinger “qırmızı şeytanlar”ın heyətində 52 oyunda 8 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Exit mobile version