AUT.AZ

Səudiyyənin 2034-cü il hədəfi

Səudiyyə Ərəbistanı Futbol Federasiyası gələcəklə bağlı hədəfini müəyyənləşdirib.

Aut.az xəbər verir ki, federasiya prezidenti Yasir Əl-Mişal bildirib ki, əsas hədəflərinin 2034-cü ildə  FİFA reytinqində ilk 20-liyə daxil olmaqdır:

“Bizim gələcək üçün strategiyamız var. Məqsədimiz 2034-cü ilə qədər FİFA reytinqində ilk 20-liyə daxil olmaqdır.

Üç il əvvəl 70-ci yerdə idik, bu gün isə 49-cu yerdəyik. Bu, böyük bir sıçrayışdır. Futbolun inkişafı və Səudiyyə Ərəbistanında populyarlaşması üçün çoxlu planlarımız var”.

Səudiyyə Ərəbistanı dünya çempionatının qrup mərhələsində  Argentinaya qalib gəlsə də, Polşa və Meksikaya məğlub olaraq qrupda sonuncu yeri tutub.

Aut.az

Exit mobile version