AUT.AZ

Rusiyalı idmançılara “yaşıl işıq” yandırıldı

Dünya Boks Assosiasiyasının (WBA) reytinqində Rusiya və Belarusu təmsil edən idmançıların mövqeləri bərpa olunub.

Aut.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat verilib. Qərar qurumun ABŞ-da keçirilən 100-cü konqresi zamanı qəbul edilib. WBA-nın Müsabiqə və Reytinq Komitəsinin üzvləri uzun sürən müzakirələrdən sonra ortaq məxrəcə gələ biliblər.

“İdmançılar əsgər və ya hökumətin bir hissəsi deyillər, ona görə də onların davam edən hər hansı münaqişə ilə heç bir əlaqəsi yoxdur. Bununla belə, qərara alınıb ki, xüsusi hərbi əməliyyatı dəstəkləyən və ya iştirak edən istənilən boksçu reytinq siyahısından dərhal kənarlaşdırılsın” – deyə qurumun yaydığı bəyanatda deyilir.

Qeyd edək ki, bu ilin mart ayında Rusiya və Belarusu təmsil edən boksçular bu idman növü üzrə bütün təşkilatların reytinq siyahılarından çıxarılmaqla yanaşı, yarışlardan da uzaqlaşdırmışdılar.

Exit mobile version