AUT.AZ

Ronaldo ilə agenti arasında gərginlik

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo və onun meneceri Xorxe Mendeş arasında gərginlik yaranıb.

Aut.az xəbər verir ki, bu barədə AS məlumat yayıb. Tərəflər arasında gərginlik yaranmasına səbəb 37 yaşlı hücumçunun gələcəyi ilə bağlı qeyri-müəyyənlikdir. Hücumçu ötən ay “Mançester Yunayted”lə müqaviləsinə xitam verildikdən sonra azad agent olaraq qalır.

Transfer pəncərəsinin açılmasına 2 həftədən bir az artıq vaxt qalsa da, Mendeş heç bir klubla müqavilə imzalaya bilməyib. Futbolçu yüksək maaş tələb etdiyi üçün Avropa klubları onunla müqavilə bağlamaqda maraqlı deyillər.

Qeyd edək ki, “Mançester Yunayted” Ronaldo ilə müqaviləyə noyabrın 22-də xitam verib.

Exit mobile version