AUT.AZ

Pişiyə görə 200 min dollar tələb olunur – Video

Braziliya Futbol Konfederasiyası pişiyə görə məhkəməyə verilib.

Aut.az xəbər verir ki, buna səbəb DÇ-2022 zamanı komandanın üzvü Vinisius Juniorun mətbuat konfransı zamanı pişiyə göstərilən münasibət olub. Komandanın mətbuat xidmətinin əməkdaşı Vinisius Rodriges masanın üzərinə tullanan heyvanı əvvəlcə sığallayıb, sonra isə yerə atıb.

Braziliyada heyvanların hüquqlarını qoruyan bir qrup qeyri-hökumət təşkilatı Braziliya Futbol Konfederasiyasına 200 min dollarlıq məhkəmə iddiası qaldırıb. Onlar, həmçinin ictimaiyyətdən üzr istəməyi və federasiya işçilərinə ətraf mühitin mühafizəsi, heyvanlara qulluq mövzusunda təlim keçmək üçün proqram tələb ediblər.

Exit mobile version