AUT.AZ

Neymarın müsahibəsində bu sözləri oxuyub, ürəyi parçalanıb

Braziliya yığmasının sabiq futbolçusu Ronaldo Neymar haqda danışıb.

Aut.az “Globo”ya istinadən xəbər verir ki, Ronaldo Neymara qarşı tənqidləri əsassız hesab edib. O, futbolçuya məsləhət verib:

“Mənsə, bu təzyiqə müqavimət göstərmək üçün Neymar psixoloqa müraciət etməlidir. Belə təzyiq bir nəfərə qarşı həddindən artıq çoxdur.

Əminəm, Neymar eyni həvəslə, eyni istəklə qayıdacaq. Amma vurğulamaq istəyirəm ki, futbolçularımızın psixi sağlamlığına nəzarət etmək lazımdır. Unutmayaq ki, Qətərdə bütün dünya Neymara baxırdı.

Neymarın müsahibəsində “psixoloji cəhətdən əzilmişəm” sözlərini oxuyanda ürəyim parçalandı. Ona necə kömək edəcəyimi bilmək istərdim. Onun karyerasında etdikləri inanılmazdır. Təbii ki, hamı Dünya Kubokunu qazanmaq istəyir, amma hamı başa düşür ki, bu asan deyil. İndiyə qədər 5 dəfə çempion olmuşuq və biz ən böyük qalibik”.

Aut.az

Exit mobile version