AUT.AZ

“Mingəçevir”də rəhbər dəyişikliyi baş verdi

Birinci divizionda çıxış edən “Mingəçevir” klubunda rəhbər dəyişikliyi baş verib.

Aut.Az xəbər verir ki, klubun İdarə Heyətinin sədri Rövşən Əhmədov vəzifəsindən ayrılıb.
Onu köməkçisi Ruslan Həmidov əvəz edəcək.

 

Xəbəri saytımıza təsdiqləyən sabiq referi klub idarəçiliyinin onluq iş olmadığını, bundan sonra hakim-inspektor kimi fəaliyyətə davam edəcəyini deyib.

“Mingəçevir” klubu Rövşən Əhmədova göstərdiyi  xidmətlərə görə təşəkkür edib, ona uğurlar arzulayıb.

Exit mobile version