AUT.AZ

Messi hamının gözlədiyi açıqlamanı verdi

Qətərdə keçirilən Dünya Kuboku Argentina millisinin kapitanı Lionel Messi üçün sonuncu mundial olacaq.

Aut.az xəbər verir ki, bu barədə 35 yaşlı hücumçunun özü məlumat verib. “Ole”yə açıqlama verən 35 yaşlı forvard qərarının qəti olduğunu söyləyib:

“Buna nail ola bildiyim üçün çox şadam. Finalda son oyunumu keçirməklə dünya çempionatlarında çıxışlarımı tamamlayacağam. İstəyirik ki, son oyunda turnirdən həzz alaq. Növbəti mundiala 4 il var. Həmin vaxt hansı formada olacağımı bilmirəm. Bu yolun sonuna gəlmək çox gözəldir”.

Qeyd edək ki, Argentina DÇ-2022-nin finalında bu gün keçiriləcək Fransa – Mərakeş oyununun qalibi ilə qarşılaşacaq. Messi final oyuna çıxmaqla dünya rekordunu qıra bilər. Hazırda mundiallarda ən çox oyun keçirən futbolçular Messi və Almaniya millisinin sabiq üzvü Lotar Matteusdur. Hər iki oyunçunun aktivində 25 matç var.

Exit mobile version