AUT.AZ

Messi Batistutanı arxada qoydu

Julian Alvarez Lionel Messidən başqa 2010-cu ildən bəri DÇ-də 3 qol vuran ilk argentinalı futbolçu oldu. Sonuncu dəfə bunu Qonsalo İquyan bacarmışdı.

Aut.az xəbər verir ki, Xorvatiya ilə yarımfinal matçında penaltini dəqiq yerinə yetirən Lionel Messi isə Qabriel Batistutayla şərikliyə son qoydu. O, 11 qolla mundialların final mərhələsində ən çox fərqlənən argentinalıdır.

Messi həm də 1/8, final, ¼ final və yarımfinalda ardıcıl qollar vuran futbolçuların siyahısına düşdü. Lionelə kimi bunu yalnız Salvatore Skillaçi (1990, İtaliya), Roberto Baco (1994, İtaliya), Xristo Stoiçkov (1994, Bolqarıstan), Davor Şuker (1998, Xorvatiya) və Uesli Sneyder (2010, Hollandiya) bacarmışdı.

Exit mobile version