Belçika Futbol Federasiyası milli komandaya baş məşqçi axtarışlarını davam etdirir.
Aut.Az xəbər verir ki, ölkənin futbol başbilənləri məşqçi axtarışı üçün qeyri-adi yol seçiblər.
Belə ki, qurumun mətbuat xidməti bunun üçün iş elanı dərc edib. Federasiyanın elanında deyilir: “Biz, düzgün şəxsi bacarıqlara, etibarlı taktiki biliklərə və anlayışlara malik məşqçi axtarırıq”.