AUT.AZ

De Byazinin yeni “qaçış planı”

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Polşa yığmasını çalışdıra bilər.

Aut.az xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb. Bildirilib ki, italiyalı mütəxəssis namizədliyini Polşa Futbol Assosiasiyasına özü təklif edib. O, AFFA ilə anlaşmasını 2023-cü ilin noyabrına qədər uzatmasına baxmayaraq, Polşa yığmasının sükanı arxasına keçməkdə maraqlıdır.

Federasiya isə müqavilə müddəti ilin sonuna qədər olan hazırkı çalışdırıcı Çeslav Mixneviçlə yeni sözləşmə imzalanmayacağını rəsmən açıqlayıb.

Qeyd edək ki, 2020-ci ildən Azərbaycan millisinə rəhbərlik edən Canni de Byazidən başqa Andrey Şevçenkonun da Polşa millisini çalışdıracağına dair xəbərlər yayılıb.

Exit mobile version