AUT.AZ

Şevçenkoya Polşada iş tapıldı

Ukrayna millisinin sabiq baş məşqçisi Andrey Şevçenko karyerasını bərpa etməyə hazırlaşır.

Aut.az xəbər verir ki, o, Polşa yığmasında çalışa bilər. Bu barədə sözügedən ölkənin KİV-ləri məlumat yayıb. Yerli federasiya millinin hazırkı baş məşqçisi Çeslav Mixneviçin dekabrın sonunda başa çatacaq müqaviləsinin müddətini uzatmayacaq.

Onu bu postda əvəz edə biləcək yeganə namizəd kimi isə məhz Şevçenko göstərilir. Artıq ukraynalı mütəxəssislə ilkin danışıqların aparıldığı barədə informasiyalar da var.

Qeyd edək ki, Andrey Şevçenko 2016-2021-ci illərdə Ukrayna millisini, 2021/2022 mövsümündə isə qısa müddət ərzində İtaliyanın “Cenoa” klubunu çalışdırıb.

Exit mobile version