AUT.AZ

Ronaldo hər kəsi aldatdı, daha 4 il…

Kriştiano Ronaldo Portuqaliya millisindəki gələcək karyerası barədə qərarını verib.

Aut.az xəbər verir ki, o, yığmadakı çıxışını daha bir neçə il davam etdirəcək. Bu barədə Portuqaliyanın “Correio da Manha” nəşri məlumat yayıb. Bildirilir ki, Ronaldo 2024-cu ildə keçiriləcək Avropa çempionatında da yığmaya faydalı ola biləcəyinə inanır. Bundan başqa, onun 4 il sonra keçiriləcək dünya çempionatında da iştirak edəcəyi gözlənilir.

Ulduz futbolçunun bacısı Katia Aveyronun mundialdan sonra “Instagram” hesabındakı paylaşımında 41 rəqəmini xüsusilə vurğulaması Ronaldo ilə bağlı iddiaların doğru olduğunu göstərib.

Bu o deməkdir ki, fanatları qarşıdakı 2 böyük turnirdə də Kriştianonu izləyə biləcəklər.

Qeyd edək ki, hazırda klubsuz olan Ronaldo daha öncə verdiyi açıqlamalarda Qətər mundialından sonra milli karyerasını başa vuracağını açıqlamışdı. Daha sonra isə Portuqaliya millisi ilə dünya çempionu olacağı təqdirdə, elə həmin gün yaşıl meydanlarla vidalaşacağını söyləmişdi.

Exit mobile version