AUT.AZ

“Qızıl top” mükafatı üçün namizədlər məlum oldu

“France Football” nəşrinin təsis etdiyi “qızıl top” mükafatının 2023-cü il üçün əsas namizədlərinin yeni siyahısı dərc olunub.

Aut.az xəbər verir ki, birinci pillədə PSJ-nin argentinalı futbolçusu Lionel Messi yer alıb.

Onun Paris təmsilçisindəki komanda yoldaşı Kilian Mbappe ikinci, İngiltərə “Mançester Siti”sindən Erlinq Haland üçün sıradadır.

İspaniyanın “Atletiko” klubunda çıxış edən Antuan Qrizman İlk “10-luğ”u tamamlayır:

1. Lionel Messi (PSJ, Fransa)

2. Kilian Mbappe (PSJ, Fransa)

3. Erlinq Haland (“Mançester Siti”, İngiltərə)

4. Neymar (PSJ, Fransa)

5. Robert Levandovski (“Barselona”, İspaniya)

6. Vinisius Junior (“Real”, İspaniya)

7. Kevin De Bruyne (“Mançester Siti”, İngiltərə)

8. Məhəmməd Salah (“Liverpul”, İngiltərə)

9. Xviça Kvaratsxeliya (“Napoli”, İtaliya)

10. Antuan Qrizman (“Atletiko”, İspaniya)

“Qızıl top” mükafatını 2022-ci ildə “Real”ın və Fransa millisinin hücumçusu Kərim Benzema qazanıb.

Exit mobile version