AUT.AZ

“Qarabağ”la oyunda sərxoş olan Zaur Qəhrəmanovu azarkeşlərin əlindən kim xilas edib?

Azərbaycan Premyer Liqasının 16-cı turunda “Neftçi” “Qarabağ”a biabırçı hesabla (0:4) məğlub oldu. Bu məğlubiyyət “ağ-qaralar”ın azarkeşlərini özündən çıxartdı. Fanatlar, meydanda can qoymayan futbolçulara etriazlarını bildirdilər. Amma təkcə futbolçulara yox.

Həmin vaxt stadionda olan azarkeşlərin Aut.az-a verdikləri məlumata görə, qəzəbli fanatlar qarşılaşmadan sonra klub rəsmilərindən bu biabırçılığa izahat verilməsini istəyiblər.

Rəhbər şəxsləri axtaran azarkeşlərin qarşısına isə həmin vaxt təsadüfən “sky-box”dan çıxan “Neftçi”nin  Müşahidə Şurasının üzvü Zaur Qəhrəmanov çıxıb. Qəzəbli azarkeşlər ondan durma aydınlıq gətirməsini istəyiblər. Amma Qəhrəmanov onlara cavab verəcək vəziyyətdə olmayıb. Bütün oyun boyu  “sky-box”da yeyib-içən Qəhrəmanov tamamilə sərxoş olub. Hətta elə vəziyyətdə olub ki, dili söz belə tutmayıb.

Onun bu durumu azarkeşləri daha da qəzəbləndirib. Vəziyyətin gərginləşdiyini görən “Neftçi” əməkdaşları köməyə polisləri çağırıblar. Onların müşayiəti ilə Zaur Qəhrəmanov stadiondan çıxarılıb.

Onu da deyək ki, Zaur Qəhrəmanov ilk dəfə deyil ki, stadionda sərxoş vəziyyətdə görünür. O, “Neftçi”nin çempion olduğu ildə “Qarabağ”la keçirilən həlledici qarşılaşmada da sərxoş vəziyyətdə olub. Oyundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov telekanala müsahibə verərkən sərxoş olan Zaur Qəhrəmanov özünü kadra salıb, hətta Qurbanova tərif də deyib.. Sonradan isə bu kadrlar “Neftçi”nin arxivindən silinib.

“Neftçi” azarkeşləri Müşahidə Şurasının sədri Rövşən Nəcəfdən bu məsələni araşdırmağı, komandanın nüfuzuna xələl gətirən şəxslərin klubdan uzaqlaşdırılmasını tələb edirlər.

Aut.az

 

 

Exit mobile version