“Milan” rəhbərliyi komandanın fransalı hücumçusu Olivye Jiru barədə qərarını verib.
Aut.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Canluka Di Martsio yayıb.
Xəbərə görə, “qırmızı-qaralar”la müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq təcrübəli forvardla yeni anlaşma imzalanacaq. Tərəflərin dekabrın sonunda görüşəcəkləri vurğulanıb.
Xatırladaq ki, Jiru hazırda Fransa seçməsinin heyətində DÇ-2022-də iştirak edir. “Xoruzlar” mundialın sabah baş tutacaq yarımfinal matçında Mərakeşlə üz-üzə gələcək. Sözügedən futbolçu dünya çempionatında çıxdığı 4 oyunda 4 qol vurub.