AUT.AZ

Portuqaliyalı məşqçiyə tapşırıldı

“Flamenqo”nun yeni baş məşqçisi məlum oldu. Yeni ildən Braziliya klubunu portuqaliyalı mütəxəssis çalışdıracaq.

Aut.az xəbər verir ki, “Fənərbaxça”dakı işiylə yadımızda daha çox qalan Vitor Pereyra Cənubi Amerika ölkəsində ardıcıl ikinci iş yerinə təyinat alıb. Bu ilin fevralından noyabrınadək “Korintians”ı çalışdıran mütəxəssis, indi də “Flamenqo”nun “sükanı arxasında” olacaq.

“Portu”da, “Olimpiakos”da, “Münhen 1860”-da, 2 dəfə “Fənərbaxça”da, o cümlədən Səudiyyə Ərəbistanı və Çin klublarında işləmiş Pereyra, “Flamenqo”da istefaya göndərilən Fernando Lazaronu əvəz edəcək.

Portuqaliyalı mütəxəssislə 1 illik müqavilə bağlanıb. O, yanvardan etibarən işə başlayacaq.

Exit mobile version