AUT.AZ

Portuqaliya millisi ona tapşırılır

Joze Mourinyo Portuqaliya millisini çalışdıra bilər.

Aut.az xəbər verir ki, Portuqaliya Futbol Federasiyası hazırda “Roma”da çalışan mütəxəssisi millinin baş məşqçisi vəzifəsinə təyin etməkdə maraqlıdır. Artıq qurum nümayəndələri 59 yaşlı məşqçi ilə əlaqə saxlayıb.

“La Gazzetta dello Sport”un iddiasına görə, federasiya Mourinyoya milli komanda ilə birgə klubdakı işini də davam etdirməyi təklif edir. Məşqçinin təklifə müsbət yanaşdığı bildirilir.

Qeyd edək ki, DÇ-2022-də mübarizəni 1/4 final mərhələsində dayandıran Portuqaliya millisinin hazırkı baş məşqçisi Fernando Santoşun müqaviləsinə yaxın günlərdə xitam veriləcəyi gözlənilir.

Exit mobile version