AUT.AZ

“Özü deməsə belə, Jirunun kumiri mənəm”

“Milan”ın hücumçusu Zlatan İbrahimoviç komanda yoldaşı Olivye Jiru barədə danışıb.

Aut.Az xəbər verir ki, “Sky Sport Italia” 41 yaşlı İbranın dediklərini belə çatdırıb:

 

“Jiru möhtəşəmdir. Bunu onu tanıyanların hamısı bilir. Olivye “Milan” üçün olduqca vacib fiqurdur. Mən oynamadığım dönəmdə nəyə qadir olduğunu ortaya qoyduğu faktdır. Fransa yığmasında sərgilədiyi oyun məni təəccübləndirmədi. Bunu “Milan”da bacarırsa, yığmada niyə etməsin ki? Ona görə şadıq və dünya çempionatının sonunadək gedəcəyinə ümidliyik.

Ona cavanlıq zərdabı içirmişəmmi? Yox, Jiru peşəkardır. Həm də özü deməsə belə, mən onun kumiriyəm. Onun üçün örnəyəm. Düşünürəm ki, yaxşı formada qalmaq üçün nə etmək lazım olduğunu bilir. Futbolçu bu yaşa çatanda ya nə etmək lazım olduğunu bilir, ya da karyerasını bitirir”.

Exit mobile version