AUT.AZ

Olimpiya çempionu ölümdən döndü

Olimpiya çempionu David Rudişa ölümdən dönüb.

Aut.az xəbər verir ki, dünya rekordçusu olan atlet təyyarə qəzasından sağ çıxıb. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. İdmançıdan başqa 5 sərnişinin olduğu kiçik təyyarə Keniya yaxınlığındakı Rajiado bölgəsində qəza keçirib. Pilotun səyləri nəticəsində qəzada ölən olmayıb. Yüngül xəsarətlər alan sərnişinlər xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, David Rudişa 2012-ci ildə Londonda, 4 il sonra isə Rioda keçirilən Olimpiya Oyunlarında qızıl medal qazanıb. O, 2011-ci və 2015-ci illərdə isə dünya çempionu olub.

Exit mobile version