AUT.AZ

Niderlanda qayıtsa, dərhal həbs olunacaq

Moskva “Spartak”ın niderlandlı hücumçusu Kvinsi Promes vətəninə qayıtsa, həbs olunacaq.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Yohan Derksen məlumat verib. O bildirib ki, Promesi Niderlandda heç kim gözləmir və o, Rusiya vətəndaşlığı alsa, həbsdən xilas ola bilər:

“O, Rusiyada qalarsa, buna ancaq sevinmək olar. Onda həbsdən qurtulacaq. Məncə, onu Niderlandda heç kim gözləmir. Rusiya onu ekstradisiya etməyəcək və o, heç vaxt ölkəmizə qayıtmayacaq. Çünki Promes bura gələn kimi dərhal həbs olunacaq”.

Promes əmisi oğlunu öldürməyə cəhddə, həmçinin narkotik alverində və cinayət təşkilində şübhəli bilinir.

Bir müddət əvvəl məlumat yayılmışdı ki, futbolçu Rusiya pasportunu almaq üçün təşəbbüs göstərir.

Aut.az

 

Exit mobile version