AUT.AZ

“Messinin kuboku başı üzərinə qaldıracağı çoxdan həll edilib”

Açıqlamaları ilə gündəm yaradan Zlatan İbrahimoviç yenə iş başındadır. “Milan”ın hücumçusu son müsahibəsində Dünya Çempionatındakı nəticələri də şübhə altına salıb.

Aut.az xəbər verir ki, isveçli Argentinanın Qətərdəki mundialın qalibi olacağına əmindir: “Kimin dünya çempionu olacağı sanki çoxdan bəllidir. Sanki ssenari yazılıb. Kimi nəzərdə tutduğumu bilirsiz – Lionel Messinin kuboku başı üzərinə qaldıracağı çoxdan həll edilib”.

Zlatan müsahibəsində İtaliya A Seriyasında oynayan gənc futbolçular barədə də danışıb: “Rafael Leao necə fitri istedada sahib olmasından özü də xəbərsizdir. Ona “Milan”da qalmasının lazım gəldiyini dəfələrlə söyləmişəm, özü də burada xoşbəxtdir. İtaliyada başqa maraqlı futbolçular da var. Bu mövsüm Xviça Kvaratsxeliya və Sofyan Amrabat məni çox təəccübləndirdi”.

Exit mobile version