AUT.AZ

Mərakeşin baş məşqçisi niyə qəzəblənib?

Mərakeş yığmasının baş məşqçisi Valid Reqraqi komandasının çıxışını tənqid edənlərə qəzəblənib.

Aut.az xəbər verir ki, Fransa ilə oyunöncəsi mətbuat konfransında iştirak edən mütəxəssis komandasının DÇ-2022-yə qələbə qazanmaq üçün gəldiyini bildirib.

“Biz bacardığımız qədər oynayacağıq. Topa sahibolma faizi sizi reallıqdan uzaqlaşdırmasın. 70% faizlik göstərici ilə qapıya cəmi iki zərbə vurmaq olar. İstənilən vəziyyətdə məqsədlər eynidir. Biz qələbə üçün buradayıq. Hamısı budur.

Əvvəllər bu vəziyyətdə olmuşam. Pep Qvardiola məni dəli etmişdi. Təbii ki, heyətinizdə Kevin De Brüyen və Bernardo Silva kimi futbolçular varsa, topa sahib olacaqsınız. Statistikaya diqqət yetirməyi dayandıraq. Əgər topa sahibolma göstəricimiz 60%-dən çox olarsa, Canni İnfantinodan əlavə xal verməsini xahiş edəcəm. Dünya çempionatı başlayanda titul qazanmaq şansımız 1 faiz idi. İndi 12%-dir”.

Qeyd edək ki, Fransa – Mərakeş oyunu dekabrın 14-də saat 23:00-da keçiriləcək.

Exit mobile version