AUT.AZ

“Liverpul”un ulduzu yenə zədələndi

İngiltərənin “Liverpul” klubu günü bəd xəbərlə açıb.

Aut.az xəbər verir ki, komandanın əsas üzvlərindən biri olan Luis Dias yenidən sıradan çıxıb. Bir neçə gün öncə sağalaraq məşqlərə başlayan kolumbiyalı vinger yenə dizindən xəsarət alıb. 25 yaşlı futbolçu əməliyyat olunacaq. O, mart ayına kimi yaşıl meydanlardan uzaq qalacaq.

Dias daha öncə zədə səbəbindən 2 ay komandasına kömək edə bilməmişdi. Futbolçu həmin vaxt da dizindən zədə almışdı.

Qeyd edək ki, Luis Dias cari mövsümdə “Liverpul”un heyətində meydana çıxdığı 12 matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Exit mobile version