AUT.AZ

Lazımsız forma üçün qəribə müraciət

Bir ingilis biznesmen ölkəsinin yığma komandasına inanaraq riskə gedib. O, üzərində İngiltərənin 2022-ci ildə dünya çempionu olduğu yazılan 18 min köynək hazırlatdırıb.

Aut.az xəbər verir ki, iş adamının hesablamasına görə, İngiltərə çempion olacaqdı və o, qiymətini 29 funt-sterlinq müəyyənləşdirdiyi köynəklərdən yarım milyon pul qazanacaqdı. Amma öncədən sifariş verilən geyim dəstləri indi lazımsız əşya kimi ortada qalıb.

İngiltərə millisinin aqibətindən xəbərdarsız. Komanda ¼ finalda Fransaya məğlub oldu, Harri Keynin qaçırdığı penaltiyə isə hamıdan çox sözügedən biznesmen əsəbləşdi. İndi o, mətbuat vasitəsi ilə ingilis azarkeşlərdən yardım istəyir: “Tarixin bir parçası olmaq və komandanızın yarış boyunca nə qədər yaxşı, çempionluğa layiq oynadığını xatırlamaq üçün bu formalardan alın. Komandamız dünya kubokunu qazana bilməsə də, mənim gözümdə qazanmış kimidirlər”.

Exit mobile version