AUT.AZ

Çili millisinin üzvünü bu qiymətə alır

Çili millisinin və Argentinanın “River Pleyt” klubunun mərkəz müdafiəçisi Paulo Dias kareyrasını Rusiyada davam etdirməyə yaxındır.

Aut.Az xəbər verir ki, informasiyanı “Minuto Deportes” yayıb.

 

Xəbərə görə, Diasın xidmətində Moskva “Spartak”ı maraqlıdır. Mənbə rusların “River Pleyt”ə rəsmi təklif hazırladığını və bu futbolçuya görə tələb edilən 5,5 milyon avronu ödəməyə hazır olduğunu vurğulayıb.

Daha öncə sözügedən oyunçunu “Monako”nun istədiyi barədə məlumatlar yayılmışdı.

Qeyd edək ki, Dias Çili təmsilçisi “Palestino”nun yetirməsidir. O, ölkəsinin yığmasında 39 oyun keçirib.

Exit mobile version