AUT.AZ

Məhkəmə Neymarla bağlı qərar verdi

İspaniya məhkəməsi Neymarın “Santos”dan “Barselona”ya transferi ilə bağlı qaldırılan dələduzluq işi üzrə yekun qərarını verib.

Aut.az xəbər verir ki, braziliyalı hücumçu və digər təqsirləndirilən şəxslərə bəraət verilib. Məhkəmə açıqlamasında müqavilənin saxta olmasının sübuta yetirilmədiyi bildirilib.

Neymarla yanaşı, atası, anası, “Santos”un keçmiş prezidenti Odilio Rodriges, həmçinin “Barselona”nın keçmiş rəhbərləri Sandro Rosel və Xosep Bartomeu da bəraət alıb.

Qeyd edək ki, ulduz futbolçunun transfer hüquqlarının bir hissəsinə sahib olan DİS şirkəti onlara çatacaq payı ödəməmək üçün transfer məbləğinin qəsdən kiçildiyi barədə İspaniya məhkəməsinə müraciət etmişdi. Şirkət Neymar üçün 5 il həbs cəzası istəsə də, sonradan tələb olunan müddəti yarıya endirmişdi.

Exit mobile version