AUT.AZ

Əşrəfin həyat yoldaşı geyiminə görə tənqid olundu

Mərakeş millisinin futbolçusu Əşrəf Hakiminin xanımı Hiba Abuk diqqət mərkəzinə düşüb.

Aut.az xəbər verir ki, o, sosial şəbəkələrdə geyim tərzi ilə gündəmdədir. Abuk müsəlman olsa da, baş örtüyündən istifadə etmir. Bu səbəbdən Əşrəflə birlikdə qınaq obyektinə çevrilib. Onların fotolarını paylaşan insanlar dini qaydalara görə aktrisanın başını örtmək məcburiyyətində olduğunu bildirirlər.

Hiba Abukun ailəsi Tunis və Liviya əsilli olsa da, Madriddə dünyaya gəlib və hazırda da orada yaşayır. Aktrisa olan Hiba İspaniyanın tanınmış seriallarında rol alır. Hazırda həyat yoldaşı Əşrəf Hakimiyə dəstək olmaq məqsədiylə dünya çempionatının keçirilidiyi Qətərdədir.

Exit mobile version