AUT.AZ

Yığmanın baş məşqçisi o olacaq – Ronaldo açıqladı

Braziliya yığmasının sabiq futbolçusu Ronaldo Titenin xələfinin kim olacağı ilə bağlı fikirlərini bildirib.

Aut.az xəbər verir ki, Ronaldo “Marca”ya açıqlamasında yığmanın baş məşqçi postuna əsas namizədin adını açıqlayıb:

“Düşünürəm ki, hamı təəccüblənəcək. Uzun siyahı var, amma  Braziliya Futbol Federasiyası yalnız Fernando Dinizi nəzərdən keçirəcək. Əlbəttə, namizədlər arasında beynəlxalq adlar da var. Amma bəlkə də Fernando Diniz Braziliya millisi üçün cəlbedici olardı. O, publikaya oynamağı, şou yaratmağı bacarır.

Heç bir titul qazanmadığı üçün çoxları ona şübhə edə bilər, amma məncə, o, yaxşı məşqçidir. Millinin növbəti məşqçisinin kim olacağı mənə maraqlıdır. Bu, növbəti tsikl üçün çox vacib qərardır və nə qədər tez təqdim edilsə və komandanın fəlsəfəsi üzərində iş başlasa, bir o qədər yaxşıdır”.

Fernando Diniz Braziliyanın “Fluminense” klubunun baş məşqçisidir. Onun komandası çempion “Palmeyras”dan 11 xal geri qalaraq ölkə çempionatını üçüncü yerdə başa vurub.

Aut.az

Exit mobile version