AUT.AZ

Vaxt qoydu

“Barselona”nın futbolçusu Serxio Buskets karyerasını ABŞ-da davam etdirə bilər.

Aut.Az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

Xəbərə görə, 34 yaşlı ispaniyalı yarımmüdafiəçinin “İnter” Mayami”yə keçəcəyi bildirilir.

Busketsin Kataloniya təmsilçisi ilə müqaviləsi 2023-cü ilin yayında başa çatır. O, yanvarın 1-i tarixindən başqa klublarla danışıq aparıb anlaşa bilər.

“Barselona” tərəfi  Serxiodan qərarını dekabrın 16-da açıqlamasını istəyib.

Exit mobile version