AUT.AZ

Regekampf bu klubla anlaşdı, “Neftçi”dən gedir

“Neftçi” klubunun baş məşqçisi Laurentsiu Regekampf karyerasının vətənində – Rumıniyada davam etdirə bilər.

Aut.az  xəbər verir ki, bu barədə sözügedən ölkənin KİV-lərində məlumat yayılıb. Bildirilir ki, 47 yaşlı mütəxəssis ölkəsində işləmək istəyir. “Neftçi”də işləri yaxşı getməyən Regekampfın “Universitatya Krayova” ilə prinsipial razılıq əldə etdiyi qeyd olunub. Yaxın vaxtlarda “ağ-qaralar”la vidalaşacağı deyil’n çalışdırıcı 2021/2022-ci illər mövsümündə çalışdığı sabiq klubuna qayıtmağa hazırlaşır.

Rumıniya mətbuatı daha əvvəl də onun “Styaua”ya dönmək ehtimalının olduğu barədə məlumat yayıb. Həmin xəbərlərdə xüsusilə qeyd olunur ki, məşqçinin özü vətəninə qayıtmaqda maraqlıdır.

Qeyd edək ki, “Neftçi”nin işləri heç də yaxşı getmir. Premyer Liqada 16 turdan sonra 32 xal toplayan “ağ-qaralar” ölkə kubokunun 1/4 final mərhələsində “Zirə”yə qarşı keçirdiyi ilk oyunda da məğlub olub.

Exit mobile version