AUT.AZ

Rəşad Sadıqov üçün yeni köməkçi

“Zirə” klubunda yeni təyinat olub.

Aut.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.

Xəbərə görə, məşqçi Vüqar Məmmədlə müqavilə imzalanıb.

Mütəxəssis baş məşqçi Rəşad Sadıqovun köməkçilərindən biri olacaq. Onun sözləşməsi 1,5 illikdir.

Qeyd edək ki, Vüqar Məmməd 2019/2020 mövsümündə də “Zirə”nin əsas komandasında məşqçi kimi çalışıb.

Exit mobile version