AUT.AZ

Mahmud Qurbanov istefaya göndərilir – Yerinə kim gəlir?

“Səbail” heç cür uğursuzluq zolağından çıxa bilmir. Komandanın sanballı büdcəsi olsa da, çempionatın aşkar autsayderlərindəndir. Komanda rəhbərliyi vəziyyəti düzəltmək üçün yeganə çıxış yolunu baş məşqçini dəyişməkdə görür. Aut.az-a klubdakı mənbədən verilən məlumata görə, “Sumqayıt”la oyun Mahmud Qurbanovun baş məşqçi kimi “Səbail”də son qarşılaşması ola bilər.

Əgər “Səbail” “Sumqayıt”a məğlub olsa, Qurbanov istefaya göndəriləcək.

Artıq onu əvəz edəcək namizədlərlə bağlı da müzakirələr başlayıb. Rəhbərliyin həm əcnəbi, həm də yerli məşqçilərlə təmas qurduğu bildirilir.

Mənbənin verdiyi məlumata görə, bir neçə əcnəbi mütəxəssis “Səbail”də işləməkdən imtina edib. Bir rusiyalı, bir ukraynalı mütəxəssislə danışıqlar davam etdirilir. Yerli mütəxəssislərdən isə Elxan Abdullayevlə danışıqlar aparılır.

Aut.az  

Exit mobile version