AUT.AZ

Məşhur məşqçini “təlxək” adlandırdı – Teleaparıcı

Məşhur teleaparıcı Pirs Morqan “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haqı “təlxək” adlandırıb.

Kriştiano Ronaldodan qalmaqallı müsahibə alan teleaparıcı 37 yaşlı portuqaliyalının komandadan ayrılmasına münasibət bildirən hollandiyalı məşqçinin sözlərinə münasibət bildirib.

Ten Haq Ronaldo haqda belə demişdi:

“Məncə, müsahibədən sonra onun getməli olduğu aydın oldu. Düşünürəm ki, biz bunu müzakirə etməməliydik, hər şey aydın idi. O, yaxşı formada olanda yaxşı oyunçudur. Bizə məqsədlərimizə çatmağa kömək edə bilərdi. Bu aydındır. Amma o, yaxşı formada deyildi”.

Morqan sosial şəbəkədə istehza ilə yazıb:

“O, yaxşı formada olanda yaxşı oyunçu olur”. Təsəvvür etmək çətindir ki, Ronaldo niyə bu klounun ona hörmət etmədiyini hiss etdi, elə deyilmi? 🙄”

Exit mobile version