AUT.AZ

Jurnalistin ölüm səbəbi: Bu aparat tapılmayıb

Jurnalist Coş Qlansi dünya çempionatının 1/4 finalında Argentina – Niderlanda matçı zamanı ölən həmkarı Qrant Vahl haqda danışıb.

Qarşılaşmanın əlavə vaxtında huşunu itirən Vahl xəstəxanaya aparılıb və orada dünyasını dəyişib. Hadisə Çoşun gözü qarşısında baş verib. O, həmkarının ölüm səbəbini defibrilatorun olmaması ilə əlaqələndirib:

“Niyə defibrilator yox idi? Bu, bir-birimizə verdiyimiz sual idi, çünki həkimlərin Qrantı özünə gətirmək üçün bütün cəhdləri nəticə vermədi.

Yataq otaqları, dəbdəbəli VIP otaqları olan ən müasir, milyard dollarlıq stadionda defibrilator əl altında deyildi. Biz defibrilatorun gətiriləcəyini çox gözlədik, amma tapılmadı”.

Qrant Vahlın qardaşı onun səhhətində problem olmadığını bildirib. O, Qətərdə təhdidlər alan qardaşının təbii ölümünə inanmadığını deyib.

Jurnalist ABŞ-Uels oyunundan əvvəl üzərində göy qurşağı bayrağı olan köynək geyindiyi üçün uzun müddət stadiona daxil ola bilməyib.

Exit mobile version