AUT.AZ

İngiltərə millisinin futbolçuları pişiyi övladlığa götürdülər

İngiltərə millisinin üzvləri Con Stounz və Kayl Uolker diqqət mərkəzinə düşüblər.

Aut.az  xəbər verir ki, futbolçular Qətərdə keçirilən dünya çempionatı zamanı Deyv adlı sahibsiz pişiyi övladlığa götürüblər. Söz veriblər ki, mundialın qalibi olacaqları təqdirdə onu özləri ilə İngiltərəyə aparacaqlar. Bu barədə “The Sun” məlumat yayıb.

İngiltərə 1/4 final mərhələsində Fransaya uduzaraq Dünya Kubokunu tərk edib. Lakin oyunçular hələ də Deyvi vətənlərinə aparmaq istəyirlər. Bu səbəbdən pişiyin quduzluq da daxil olmaqla, viruslara qarşı çip və peyvəndlə təmin olunması üçün Qətərin Heyvanları Mühafizə Cəmiyyətinə 2300 avro ödəyiblər. Yaxın günlərdə Deyv bütün proseslərdən keçəcək və futbolçularla birlikdə İngiltərəyə yollanaqlar.

Exit mobile version