AUT.AZ

Hakim Ziyeş elə jest etdi ki…

Mərakeş millidinin üzvü Hakim Ziyeş təqdirəlayiq addımla gündəmə gəlib.

Aut.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi DÇ-2022-nin yarımfinalına yüksəldiklərinə görə federasiya tərəfindən ayrılan mükafatı almayacağını açıqlayıb. Ziyeş bu pulu yoxsullara ayırdığını bildirib. Əlavə edib ki, milli komandadakı çıxışlarına görə ayrılan mükafatları heç vaxt qəbul etməyib.

Lakin federasiyanın futbolçulara ayırdığı məbləğ açıqlanmayıb.

Qeyd edək ki, Mərakeş DÇ-2022-nin yarımfinalı çərçivəsində dekabrın 14-də Fransa ilə qarşılaşacaq.

Exit mobile version