AUT.AZ

FIFA Messini cəzalandıra bilər

Argentina millisinin futbolçuları Emiliano Martines və Lionel Messiyə intizam işi açılıb.

Aut.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb. Hər iki oyunçu Qətərdə keçirilən dünya çempionatında Niderlandla matçdan sonra hakimə təzyiq göstərdiyi üçün FIFA tərəfindən cəzalandırıla bilər.

Niderland – Argentina matçını ispaniyalı Mateo Lahos idarə edib.

Messi oyundan sonra “bu səviyyədə bir matça belə hakim verə bilməzsiniz. Hakim haqda danışsam, cəzalanacam” demişdi. Martines isə “Lahos dünya çempionatında gördüyüm ən pis hakimdir. Oyun bərabərə bitsin deyə, 10 dəqiqə əlavə vaxt verdi”.

Argentina Niderlandı penaltilər seriyasında məğlub edərək, adını yarımfinala yazdırıb.

Exit mobile version