AUT.AZ

“DÇ-2026 bizim olacaq, bunu unutmayın”

Qətərdə keçirilən dünya çempionatı ilə 1/4 finalda vidalaşan Braziliyanın yarımmüdafiəçisi Vinisius Junior sosial şəbəkə hesabnda paylaşım edib. 

Aut.Az xəbər verir ki, məyus olduğunu bildirən “Real Madrid”in ulduzu azarkeşlərə vəd verib:

“Meydanda ağladım, soyunub-geyinmə otağında ağladım, təyyarədə ağladım, evə gələndə ağladım… Növbəti titula nə qədər yaxın olduğumuzu düşündükcə, özümü ələ ala bilmirəm. Həyatımın ən pis günü idi.

Bu mətni bir neçə dəfə yazıb silmişəm. Göz yaşlarından fərqli olaraq, sözlər məyusluğu təsvir edə bilməz. Üzümüzdəki təbəssüm yoxa çıxıb. Yenidən xoşbəxtliyi tapmaq üçün bizə vaxt lazımdır. Biz həmişəkindən daha güclü qayıdacağıq. Braziliya, səndən üzr istəyir, sevgi və dəstəyinə görə təşəkkür edirik! Əla idin! Braziliya 2026-cı ildə dünya çempionu olacaq, bu sözlərimi unutmayın”.

Qeyd edək ki, 2026-cı ildə dünya çempionatı üç ölkədə – Kanada, Meksika və ABŞ-da keçiriləcək. Növbəti mundialda tarixdə ilk dəfə olaraq, 48 milli komanda iştirak edəcək.

Exit mobile version