AUT.AZ

Braziliyanı şoka salan “Nostradamus” finalçıların adlarını açıqladı

Ləqəbi “Yaşayan Nostradamus” olan brazilyalı tanınmış kahin Athos Salom diqqət mərkəzinə düşüb.

Aut.az xəbər verir ki, onun Dünya Kubokunda çıxış edən Braziliya milli komandası ilə bağlı verdiyi proqnoz düz çıxıb. Salom Braziliyanın mundialla erkən vidalaşacağını söyləyib. Onun öncəgörməsinin düz çıxması ölkəsində böyük təəccüb yaradıb.

“Yaşayan Nostradamus”un başqa bir təxmininə görə, Argentina ilə Fransa dekabrın 18-də finalda üz-üzə gələcəklər.

Salom İngiltərə Kraliçası II Yelizavetin ölümünü, koronavirus pandemiyasını, Elon Maskın “Tvitter”i alacağını və Rusiya ilə Ukrayna rasında müharibənin olacağını əvvəlcədən açıqlayıb.

Exit mobile version