AUT.AZ

ABŞ Rusiyaya “yaşıl işıq” yandırdı – Amma şərt var

ABŞ Olimpiya Komitəsi (USOPC) rusiyalı idmançıları 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarında iştirak etməyə çağırıb.

Aut.az xəbər verir ki, bu barədə təşkilatın rəhbəri Suzanna Lyons “Wall Street” jurnalına açıqlamasında bildirib. “Bunu başa düşmək ağrılı ola bilər, amma rusların xaric edilməsi bizi geriyə salır. Onların qayıdışı Olimpiya hərəkatı üçün həqiqətən vacibdir” deyə Lyons bildirib.

O, ABŞ-ın ukraynalı idmançılara dəstəyini davam etdirdiyini, lakin rusların yarışlara qaytarılmasını zəruri hesab etdiyini vurğulayıb. USOPC rəhbəri əlavə edib ki, belə olan halda ruslar dövlət bayrağı altında yarışmamalıdırlar. Onlar neytral statusla Olimpiya Oyunlarında iştirak edə bilərlər.

May ayında Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəhbəri Tomas Bax rusların Parisdə keçiriləcək Olimpiadaya buraxılma ehtimalından danışıb. O, vəziyyətin necə inkişaf edəcəyini hələ bilmədiyini söyləyib.

Qeyd edək ki, bu ilin fevralında bir sıra idman təşkilatları BOK-un tövsiyəsi ilə Rusiya komandalarını və təmsilçilərinin yarışlarda iştirakına icazə verməyib. Xüsusilə bu ölkədə populyar olan futbol, ​​xokkey, atletika və fiqurlu konkisürmə kimi bəzi növlərdə idmançıların çıxışları tamamilə dayandırılıb.

Exit mobile version