AUT.AZ

21 yaşlı istedadı bu qiymətə satır

İngiltərənin “Mançester Yunayted” klubu “Benfika”nın və Portuqaliya millisinin hücumçusu Qonsalo Ramuşu mövsümün sonunda transfer etmək üçün bütün əlaqələrini işə salıb.

Aut.Az xəbər verir ki, informasiyanı “Manchester Evening News” yayıb.

Mənbə Kriştianu Ronaldunun gedişindən sonra sərəncamında Entoni Marsyaldan başqa mərkəz hücumçusu qalmayan baş məşqçi Erik ten Haqın Ramuşun alınmasında israrlı olduğunu vurğulayıb. Xəbərə görə, “Benfika” müqaviləsinin müddəti 2026-cı ilə qədər olan 21 yaşlı futbolçunu 120 milyon avrodan az məbləğə satmağı planlaşdırmır.

Exit mobile version