AUT.AZ

Şakira Mərakeşi belə təbrik etdi

Ünlü müğənni Şakira Mərakeş millisini dünya çempionatının yarımfinal mərhələsinə yüksəlməsi münasibətilə təbrik edib.

Aut.az xəbər verir ki, Şakira bu haqda “tvitter”də yazıb:

“This time for Africa! (“İndi Afrikanın vaxtıdır!”)👏MA”.

Bu, 2010-cu ildə Cənubi Afrikada keçirilən dünya çempionatının himnindən – Şakiranın “Waka Waka” mahnısından bir misradır.

Mərakeşlilər Portuqaliyaya qalib gələrək (1:0) dünya çempionatının yarımfinalına yüksələn ilk Afrika komandası olub.

Exit mobile version