AUT.AZ

PSJ-in prezidentinə səsləndi: Qardaşımı transfer et

“Qalatasaray”ın sabiq futbolçusu, hazırda Yunanıstan AEK-in də oynayan Nordin Amrabat PSJ prezidentinə çağırış edib.

Aut.az xəbər verir ki, Amrabat “L’Équipei” nəşrinə verdiyi müsahibədə OPSJ-in prezidenti Nasser Əl-Xəlaifiyə tövsiyə edib ki, qardaşı Sofyanı transfer etsin:

“Dünya çempionatı Çempionlar Liqası qədər diqqətə layiqdir və burada Sofyan diqqət mərkəzindədir, səhnədədir. Fikrimcə, o, PSJ-yə çox yaraşardı. Marko Verratti ilə əlaqəni təsəvvür edin, oooh…

Nasser Əl-Xəlaifi, əgər bunu oxuyursansa, qardaşımı transfer et”.

“Fiorentina”nın 26 yaşlı futbolçusu Sofyan Amrabat hazırda Mərakeş yığmasının heyətində dünya çempionatında çıxış edir. Mərakeş turnirin yarımfinalına vəsiqə qazanıb.

Aut.az

Exit mobile version