AUT.AZ

Fiqu kimi günahlandırdı?

Portuqaliyanın əfsanəfi futbolçusu Luiş Fiqu millisinin Qətərdə keçirilən dünya çempionatından kənarlaşdırılmasına səssiz qalmayıb. 

Aut.Az xəbər verir ki, yığmanın sabiq kapitanı 1/4 finalda Mərakeşə 0:1 hesabı ilə uduzduqları matçda baş məşqçi Fernandu Santuşu günahkar bilib.

 

O, sosial şəbəkə hesabındakı paylaşımında Kriştianuya start heyətində yer verməyən çalışdırıcını tənqid edib: “Kriştianu Ronaldununu ehtiyat oyunçular skamyasında saxlamaqla dünya çempionu ola bilməzsən. İsveçrə üzərində qələbə? Əla, amma bunu hər oyunda edə bilərsiniz? Yox!

Ronaldunu ehtiyat oyunçular skamyasında saxlamaq səhv idi, bu məğlubiyyətə görə baş məşqçi məsuliyyət daşıyır”.

Exit mobile version