AUT.AZ

Oyunu izləmək üçün Qətərə gedəcək

Fransa Prezidenti Emmanuel Makron dekabrın 14-də Fransa və Mərakeş arasında keçiriləcək oyunu izləmək üçün Qətərə gedəcək.

Aut.az xəbər verir ki, bu barədə Fransanın idman naziri Ameli Oudea-Kastera “France Info” radiosunun efirində bildirib.

O, prezidentin çərşənbə günü Qətərə gedişi ilə bağlı suala “Bəli” cavabını verib:

“Səfərin təfərrüatları hələ də işlənir, lakin o, bu öhdəliyi götürüb və məmnuniyyətlə yerinə yetirəcək”.

Nazir qeyd edib ki, 2024-cü ildə Parisdə Olimpiya Oyunlarının təşkili ilə bağlı bazar ertəsi mühüm iclası olduğu üçün çərşənbə gününə qədər Qətərdə qalmayacaq.

Exit mobile version