AUT.AZ

“Müasir futbolda belə nağıllar hələ də mümkündür”

Almaniya yığmasının sabiq futbolçusu Məsut Özil Mərakeş millisinin yarımfinala yüksəlməsinə reaksiya bildirib.

Aut.Az xəbər verir ki, türk yarımmüdafiəçi sosial şəbəkə hesabında tvit paylaşıb.

 

“Qürur duyuram. Necə komanda! Bu, Afrika və müsəlman dünyası üçün böyük nailiyyətdir. Çox gözəldir ki, müasir futbolda belə nağıllar hələ də mümkündür. Bu, bir çox insana güc və ümid verəcək”.

Qeyd edək ki, Mərakeş 1/4 finalda Portuqaliyaya 1:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.

Exit mobile version